Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur

Bölmə: İdman › ,
Tarix: 10:22 05.03.2016

Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur.

İnformator.az xəbər verir ki, bu tarix Prezident İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən qeyd edilir. 

Azərbaycanda idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçısı tərəfindən “İdman ili” elan edilib.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.