“Betis” “Qranada”nı məğlub etdi

Tarix: 11:26 07.03.2016
“Betis” İspaniya çempionatının XXVIII turu çərçivəsində evdə “Qranada”nı məğlub edib.
İnformator.az xəbər verir ki, hər iki qol matçın sonunda vurulub. Alfred N`Diaye və Rben Kastro fərqlənib. 53-cü dəqiqədən 90-cı dəqiqəyə kimi ev sahibi komanda Xuan Manuel Varqasın kənarlaşdırılması ilə azlıqda oynayıb.
Qeyd edək ki, “Betis” 34 xal qazanıb və turnir cədvəlində doqquzuncu yerdə qərarlaşıb. “Qranada” 26 xalla 18-ci sırada yer alıb.