Nəsiman Yaqublu : – ” 31 Mart soyqırımının günahkarı… “
Bölmə: Hadisə › ,Tarix: 15:07 31.03.2016
“Bu bir həqiqərdir ki, ermənilərin törətdiyi soyqırımda onlara ciddi dəstəyi verən həm də rus bolşevikləri və onların silahlı dəstələri olub.Ermənilərə isə hələ çar Rusiyası dövründən dəstək verilib.1721-ci ildən I Pyotr erməniləri Rusiya dövləti səviyyəsində qorumağa başlamış,II Ekaterina “ermənilərin qorunması” haqqında qərar qəbul etmiş, “Gülüstün” və “ Türkmənçay” müqavilələrindən sonra isə ermənilərin Azərbaycan bölgələrinə köçürülməsinə başlanılıb.Yəni çar Rusiyası burada özünə ermənilərdən dayaqlar yaradıb.Və bunun müqabilində ermənilər Azərbaycan torpaqlarını işğal edərək ərazilərini genişləndiriblər.”
M.Ə.Rəsulzadə irsinin araşdırmaçısı , tədqiqatçı alim Nəsiman Yaqublu yazır .
31 Mart soyqırımına uzun illər müddətində düzgün mövqedən yanaşılmayıb.Sovetlər Birliyi dövründə bu hadisəyə yanaşmada əsas olaraq “Müsavat” və bir qədər də “Daşnaksütun” partiyası tənqid edilirdi.
Soyqırımın başlıca mahiyyəti isə aşıqlanmırdı.Sovet dövrü tarixçiləri də “araşdırmalarında” bu zərərli konsepsiyalarından əl çəkə bilmirdilər.Sovetin təsirindən hələ də yaxa qurtara bilməyən bir tarixçi isə( o hələ də Akademiyanın Tarix İnstitutunda çalışmaqdadır) bir-neçə il əvvəl keçirilən konfransda bu soyqırıma sinfi və iki partiyanın ziddiyyətlərinin acı bir sonucu kimi yanaşmışdı(Siz buna təəccüblənməyin.Qoyun qarşınıza indiki əksər tarixçi professor və akademiklərin dissertasiyalarını və mövzularına baxın.
Onda çox acı bir mənzərənin şahidi olacaqsınız.Və burda Lenini,Şaumyanı,Mikoyanı sevərək,qəlbən araşdırıb əsərlər yazmış,hazırda cəmiyyətimizin çox nüfuzlu alimlərini görəcəksiniz).
31 Mart Soyqırımına ən düzgün qiymət Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilmişdi.Fövqəladə İstintaq Komissiyasının fəaliyyəti bu faciənin əsas səbəbkarlarını müəyyənləşdirmişdi.Təəssüflər ki, bolşeviklərin işğalı buna imkan vermədi.Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında isə müstəsna rolu M.Ə.Rəsulzadə oynadı.1922-1923-cü illərdə İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti” kitabında və “Yeni qafqasiya”, “Odlu Yurd” jurnallarında 31 Mart soyqırımı haqqında Türk ictimaiyyətinə geniş bilgilər verdi.
Bu bir həqiqərdir ki, ermənilərin törətdiyi soyqırımda onlara ciddi dəstəyi verən həm də rus bolşevikləri və onların silahlı dəstələri olub.Ermənilərə isə hələ çar Rusiyası dövründən dəstək verilib.1721-ci ildən I Pyotr erməniləri Rusiya dövləti səviyyəsində qorumağa başlamış,II Ekaterina “ermənilərin qorunması” haqqında qərar qəbul etmiş, “Gülüstün” və “ Türkmənçay” müqavilələrindən sonra isə ermənilərin Azərbaycan bölgələrinə köçürülməsinə başlanılıb.Yəni çar Rusiyası burada özünə ermənilərdən dayaqlar yaradıb.Və bunun müqabilində ermənilər Azərbaycan torpaqlarını işğal edərək ərazilərini genişləndiriblər.
1918-ci ildə də soyqırım Şaumyanın başçılığı ilə həyata keçirilsə də, ermənilərə mənəvi gücü verən Rusiya bolşeviklərinin lideri V.İ.Lenin idi.Yəni ermənilər Rusiyasız bir gücə və bir sərbəst hərəkətə sahib olmayan toplumdur.İndi oxuculara təqdim etdiyim sənədlər Rusiya arxivlərindəndir.Bu sənədlərdə çar Rusiyasının erməniləri dəstəklədiyi faktlarla sübut edilir.