AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olunub
Bölmə: Hadisə › ,Tarix: 15:29 31.03.2016
Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan Texniki Universitetində anım mərasimi keçirilib.Tədbir soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanıb.
Toplantını AzTU-nun rektoru, professor Havar Məmmədov açaraq qeyd edib ki, son iki əsrdə xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr soydaşlarımızın xatirəsindən heç vaxt silinməyəcək. Rektor bildirib ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş verən hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb.Yalnız müstəqillik dövründə, 1998-ci il martın 26-da Azərbaycan prezidenti ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə 31 Mart Azərbayacanlıların Soyqırımı Günü elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib.
Daha sonra Universitetin tarix kafedrasının müdiri, professor Şikar Qasımov çıxış edib və tarixi faktları söyləyərək bildirib ki, XX əsrin əvvəllərində ermənilər ilk dəfə Azərbaycanın tarixi torpaqlarında yerli əhalini sıxışdırıb çıxarmağa başlayıb. Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törədilib.
AzTU-nun THİK-nin sədri Elvin Bəxtiyarlı tələbələr adından çıxış edərək bildirib ki, biz gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarətdir. Bu qırğın xalqımızın tarixindən silinməyəcək