Şəhid pilotlarla vida mərasimi keçirilir

Bölmə: Hadisə › ,
Tarix: 10:52 11.04.2016

Müdafiə Nazirliyinin Bakıdakı Təlim Tədris Mərkəzində 2 aprel döyüşlərində şəhid olmuş Mİ-24 helikopterinin şəhid pilotları, mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılovla vida mərasimi keçirlir.

İnformator.az xəbər verir ki, vida mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Qeyd edək ki, şəhid olmuş pilotlar bu gün II Fəxri Xiyabanda torpağa tapşırılacaq.