AzTU 4 şəhid verdi

Bölmə: Hadisə › ,
Tarix: 16:52 11.04.2016

Aprelin əvvəllərində cəbhədə baş verən döyüşlər zamanı düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan şəhidlərimizdən dördü Azərbaycan Texniki Universitetin məzunlarıdı. Bununla bağlı Universitetdə şəhidlər üçün anım güşəsi yaradılıb.

AzTU-nun rektoru, professor Havar Məmmədov həmin şəhidlərin dəfn mərasimində iştirak edib və Universitetin müəllim və tələbə heyətinə bununla bağlı ictimai fəaliyyətlərini genişləndirməyi tövsiyə edib. Rektor bildirib ki, şəhidlərimiz hər kəs üçün qəhrəmanlıq nümunəsinə çevrilməlidir.

AzTU məzunu olan şəhidlərdən ikisi, Axundov Əbdülməcid Nadirşah oğlu və Mirzəyev Elvin Azadxan oğlu Elektrotexnika və Energetika, Orucov Müşfiq Arif oğlu Avtomatika və Kompyuter texnikası, Quliyev Mahir Qadir oğlu isə Radiotexnika və Rabitə fakültəsini bitirib.

 

VİDEO SLAYDIN LİNKİ https://www.youtube.com/watch?v=H5o_ZFsNvuk&feature=youtu.be