DİN "Sputnik Azərbaycan"da əməliyyat keçirir

Bölmə: Sosial › ,
Tarix: 15:27 30.06.2025

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar.

 

"İnformator.az"  "Report"a istinadən xəbər verir ki, redaksiyanın ətrafında bir neçə polis avtomobili də var.

 

Xatırladaq ki, iyunun 30-da "Sputnik-Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirilməsi barədə məlumat daxil olub.