Ermənistandan Rusiyaya sərt mesaj:- Ya siz dayandırın, ya da biz dayandıracağıq

Tarix: 09:45 02.07.2025
“Rusiya telekanallarında Ermənistan və onun liderinin təhqir edilməsi dayandırılmalıdır, ya siz dayandırın, ya da biz dayandıracağıq”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Rusiyalı həmkarlarımın Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini ciddi müzakirə etməyin vaxtı çatdığı barədə bəyanatıma reaksiyalarını oxuyanda istər-istəməz özümə sadə bir sual verirəm: bu insanlar heç öz-özünə sual vermirmi?
Yoxsa doğrudanmı kiməsə elə gəlir ki, “Qərb strukturlarının təsiri”, “insan hüquqlarının pozulması”, “kimlərinsə məhv etməyə çalışdığı Rusiya ilə Ermənistan arasında çoxəsrlik dostluq” haqqında əzbərlənən ifadələri təkrarlamaqla bir daha özünün üstündən adlayıb keçmək, Ukraynanın adını çəkmək və bu köhnə məsələni Ermənistan kontekstinə uzatmaq olar?
Başqa bir şey axtarmaq lazım deyil, günahkar icad etməyə ehtiyac yoxdur: sadəcə televizoru yandırmaq kifayətdir. Çünki “Rusiya-Ermənistan münasibətlərinin korlanması problemi”ni həll edəcək ən yaxşı adamlar Qərbin kəşfiyyat orqanları, mifik agentləri və ya QHT-ləri deyil, Rusiyanın bəzi dövlət telekanalları, jurnalistləri və redaktorlarıdır”, - spiker bildirib.