Klublararası dünya çempionatı: 1/4 finalın cütləri...

Bölmə: İdman › ,
Tarix: 10:07 02.07.2025

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bütün 1/4 finalçılar müəyyənləşib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, 1/8 final qarşılaşmalarının ardından Avropanın 5, Cənubi Amerikanın 2, Asiyanın 1 klubu mərhələ adlayıb. Komandalardan 2-si Braziliya, 2-si Almaniya təmsilçiləridir.

 

1/4 finalda görüşəcəklər:

 

4 iyul

23:00. "Fluminense" (Braziliya) - "Əl Hilal" (Səudiyyə Ərəbistanı)

 

5 iyul

05:00. "Palmeyras" (Braziliya) - "Chelsea" (İngiltərə)

 

20:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya)

 

6 iyul

00:00. "Real Madrid" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

 

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.