UPenn trans Lia Tomasın rekordlarını ləğv edəcək

Tarix: 09:43 02.07.2025
ABŞ Təhsil Nazirliyi bildirib ki, Pensilvaniya Universiteti (UPenn) federal hökumətlə əldə olunan razılaşma çərçivəsində trans idmançıların qadın komandalarında iştirakını qadağan edəcək və üzgüçü Lia Tomasın müəyyən etdiyi rekordları ləğv edəcək.
Bu addım, 2022-ci ildə qadınlar arasında keçirilən 500 yard sərbəst üzmə növündə NCAA çempionu olmuş, UPenn məzunu olan trans qadın Lia Tomasın bütün rekord və mükafatlarının silinməsinə səbəb olacaq.
Təhsil Nazirliyinin Vətəndaş Hüquqları İdarəsi çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, aparılan istintaq nəticəsində UPenn-in kişilərin universitetlərarası idman yarışlarında iştirak etməsinə və yalnız qadınlara məxsus məkanlardan istifadə etməsinə icazə verməklə Title IX qanununu pozduğu müəyyən edilib.
Title IX – federal maliyyə alan ali təhsil müəssisələrində cinsi ayrı-seçkiliyi qadağan edən qanundur.
"Bu mürəkkəb məsələdir və mən şadam ki, Title IX araşdırmalarını yekunlaşdırmaq üçün tətbiq olunan standart OCR prosesi vasitəsilə razılıq əldə etdik", – deyə UPenn prezidenti C. Lerri Ceymson çərşənbə axşamı yaydığı açıqlamada bildirib.
O əlavə edib: "Biz həmin mövsümdə müəyyən edilmiş qadınlar arasında Penn üzgüçülük rekordlarını mövcud uyğunluq qaydalarına əsasən kimin rekord sahibi olacağını göstərmək üçün nəzərdən keçirəcək və yeniləyəcəyik".
CNN News
Fatimə Heydərova