Qarabağda 10 erməni əsgər itkin düşüb

Bölmə: Hadisə › ,
Tarix: 10:27 13.04.2016

Ermənistan ordusunun 10 əsgəri itkin düşüb.

İnformator.az-ın məlumatına görə, cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçirilib. Əməliyyatlar zamanı 18 erməni əsgərin meyiti qarşı tərəfə verilib. 

Ermənistan tərəfinin məlumatına görə, 10 erməni hərbi qulluqçu haqqında heç bir məlumat yoxdur. İtkin düşən əsgərlərin valideynləri hər hansı informasiya ala bilmirlər. Astvasatur Sarkisyan, Ovannes Artünyan, Serob Aleksanyan, Xaçik Xaçatryan adlı erməni əsgərlərinin taleyi məlum deyil. 

Cəbrayılda itkin düşən komandir Alik Arakelyan haqqında da heç bir informasiya yoxdur. Qarabağda xidmət edən Artur Yesayan haqqında da məlumat əldə etmək mümkün deyil. 

İtkin düşənlər arasında Arman Qabrielyan və Ovsepom Qabrielyan adlı hərbi qulluqçular da var.