Rus futbolçu islamı qəbul edib

Bölmə: Dünya › ,
Tarix: 09:41 02.07.2025

İcarə əsasında Rusiya "Baltika"sında çıxış edən "Rostov" klubunun futbolçusu Daniil Utkin dinini dəyişib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Matç TV-yə açıqlamasında islamı qəbul etdiyini təsdiqləyib.


Lakin o, belə bir addımı "Axmat" komandasında yox, hələ "Rostov"da ikən atdığını bildirib: "Bu, şəxsi həyatımla bağlı məsələdir. Ona görə də əlavə şərh verməyəcəyəm".

 

Xatırladaq ki, Daniil Utkin 2021/2022 və 2024/2025 mövsümlərində "Axmat"da çıxış edib. O, iki dəfə Rusiya yığmasında forma geyinib.