Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü keçirilir, İlham Əliyev çıxış edir -YENİLƏNİB

Tarix: 13:30 04.07.2025
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edir.