FİFA məhkəmə qərarından sonra Benin Futbol Assosiasiyasının üzvlüyünü təxirə salıb

Tarix: 12:01 11.05.2016
Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) yerli məhkəmənin qərarından sonra Benin Futbol Assosiasiyasının üzvlüyünü təxirə salıb.
İnformator.az xəbər verir ki, bu barədə FİFA-nın yaydığı bəyanatda məlumat verilib.
FİFA Konqresi Benin Futbol Assosiasiyası, İndoneziya Futbol Assosiasiyası və küveyt Futbol Assosiasiyasının müvəqqəti diskvalifikasiyası ilə bağlı cümə günü səsvermə keçirməyi planlaşdırır.
“FİFA bəyannamələrinin 38-ci bəndinə əsasən, seçki keçirilməsinə mane olan yerli məhkəmənin qərarı ilə Benin Futbol Assosiasiyası diskvalifikasiya olunub”,- FİFA-nın Mexikodakı Şura iclasından sonra açıqlanan bəyanatda deyilir.
FİFA-nın növbəti Şura iclasının oktyabrın 13-14-də İsveçrənin Sürix şəhərində keçirilməsi planlaşdırılır.