"Sabah"ın Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib

Bölmə: İdman › ,
Tarix: 16:03 02.07.2025

"Sabah" basketbol komandasının Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri müəyyənləşib.

 

"İnformator.az"ın məlumatına görə, püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində baş tutub.

 

Püşkatmanın nəticələrinə əsasən, Bakı klubu B qrupunda "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.


Qeyd edək ki, Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.