ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarına gəlib

Bölmə: Dünya › ,
Tarix: 18:23 02.07.2025

ABŞ Müdafiə Nazirliyinin xarici hərbi yardımı nəzərdən keçirməsi nəticəsində Ukraynaya daha əvvəl göndəriləcəyi bildirilən bəzi hərbi sursatların göndərilməyəcəyini açıqlayıb.

 

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli verdiyi açıqlamada ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hərbi xaricə yardımı nəzərdən keçirdiyini bildirib.

 

Bu kontekstdə Kelli qeyd edib ki, keçmiş prezident Co Bayden dövründə Ukraynaya göndəriləcəyi bildirilən bəzi hərbi sursatların “ABŞ-nin maraqlarını prioritetləşdirmək üçün” daşınmasının dayandırılmasına dair qərar verilib.

 

"Bəzi silahların ehtiyatları azalıb"

 

Kelli deyib ki, "ABŞ Silahlı Qüvvələrinin gücü şübhəsizdir. İrandan soruşun".

 

Adları açıqlanmayan ABŞ rəsmiləri Pentaqonun araşdırması nəticəsində bəzi silahların "azaldığı" səbəbilə göndərilməsi planlaşdırılan bəzi hərbi sursatların göndərilməsinin dayandırılmasına qərar verildiyini iddia edib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli