Rusiya və ABŞ prezidentləri İrandakı hadisələri müzakirə ediblər-Kremlin köməkçisi

Tarix: 22:08 03.07.2025
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp cümə axşamı yenidən telefon danışığı keçirib və digər məsələlərlə yanaşı, İranla bağlı vəziyyəti, bütövlükdə Yaxın Şərqdəki hadisələri müzakirə ediblər.
"İran və bütövlükdə Yaxın Şərqlə bağlı vəziyyət ətraflı müzakirə olunub", - Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi bütün mübahisəli məsələlərin, fikir ayrılıqlarının və münaqişəli məsələlərin müstəsna olaraq siyasi və diplomatik kanallar vasitəsilə həllinin vacib olduğunu vurğulayıb.
TASS
Fatimə Şahverdiyeva