“Almaniya Rusiyaya qarşı döyüşməyəcək”-Merz

Bölmə: Siyasət › ,
Tarix: 21:53 03.07.2025

Berlin, Kiyevə silah tədarük etməsinə baxmayaraq, Ukraynada münaqişənin tərəfi olmayacaq.

 

Mövzu ilə bağlı “İnformator.az” a politoloq Əli Mustafa bildirir ki, Almaniyanın Ukraynaya silah yardımı etməsi, amma münaqişənin tərəfi olmadığını deməsi beynəlxalq hüquq baxımından normaldır:

 

“Burada bir ziddiyyət yoxdur. İstənilən dövlət istənilən dövlətlə əməkdaşlıq edə bilər, ona kömək verə bilər, silah yardım edə bilər, başqa yardım edə bilər. Bu, beynəlxalq hüququnu məhdudlaşdırmır. Amma eyni zamanda münaqişədə tərəf olmaya bilər. Burda da bir ziddiyyət yoxdur. Yəni yardım etməsi onun üzərinə belə dəli qoymur ki, mütləq kömək etməlidir. Bildiyimiz kimi Almaniya NATO-nun üzvüdür, Almaniya tərəf olacaqsa, münaqişə tərəfi olacaqsa, onun NATO ilə razılaşdırılmalıdır. Və yaxud Almaniya münaqişə tərəfi olacaqsa, onda NATO münaqişəyə girə bilər. Bu, kifayət qədər ciddi bir siyasi məsələdir. İndi isə ümumiyyətlə, dünyada beynəlxalq hüquq və beynəlxalq münasibətlər sistemi, yəni beynəlxalq siyasət bir çox məsələlərdə ziddiyyətlə üzləşirlər. Amma nəzərə alsaq ki, artıq mövcud beynəlxalq hüquq tədricən zəifləyir, yəni mövcud beynəlxalq sistem çökür və yenisinin yaranması barədə danışılır. Bir keçid dövrü yaşanır deyə bilərik. Ona görə də belə ziddiyyətlərin olması anlaşılandır. Ümumiyyətlə, Almaniyanın Rusiyanın savaşa hazırlanmasına dair iddialar var. Amma bu savaşın bir qədər gec olacağı da deyilir. Hətta bugünkü Rusiya Ukrayna savaşının Rusiya-Almaniya məsələsi olduğu da iddia olunur. Bu barədə bir çox fikirlər var. Və bütün hallarda, hətta sabah savaşacaqlarsa belə, hələlik onu etiraf etmirlər, boyunlarına almırlar. Sadəcə hazırlaşırlar. Məncə, Almaniyada böyük hələlik hazırlaşır”.

 

Həmçinin şərhçi qeyd edib ki, Almaniyanın bu cürə düşünməsini növbəti NATO daxilində hans fikir ayrlığı ziddiyyətlər yaradacağını ehtimal eləmirəm:

 

“Belə götürəndə NATO bir formada demək olar ki, tam tərkibdə Ukraynaya dəstək verir. Bəzi orada istisnalar olmaq şərti ilə. Yəni NATO əslində Ukraynanın arxasındadır, ona maliyyə və silah yardımı edir. Amma təbii ki, NATO ölkələri heç biri birbaşa Rusiyanın savaşda tərəf deyirlər. O cümlədən Almaniyada, yəni Almaniyanın bu məsələdə tərəf olmadığı ideyası orada bir problem yaratmır. Çünki demək olar ki, NATO-ya üzvü olan dövlətlərin əksəriyyəti elə Almaniyanın olduğu vəziyyətdədir. Yəni onlar hamısı Ukraynaya kömək edir. Amma hələlik savaşın tərəfi kimi çıxış etmirlər. Bu məsələnin Ukrayna- Almaniya münasibətlərinə strateji tərəfdaşlığına hansısa bir şübhə, etimadsızlıq yaradacağı məsələsinə gəldikdə isə onu deyim ki, əslində əgər biz başa düşürsən ki, bu, Almaniya hansı siyasəti aparır. Təbii ki, Ukraynada başa düşür. Yəni hətta bir məsələ də var. Bəzən dövlətlər bir şey deyirlər, başqa şey edirlər. Konkret olaraq bu gün Almaniya bildiyim qədər ABŞ ildən sonra Ukraynaya ən çox kömək edən, dəstək verən dövlətdir. Səhv etmirəmsə, bu yaxınlarda beş milyard yardım da nəzərdə tutdular, ayırdılar. Yəni bütün bunlar hamısı Rusiyaya qarşı mübarizədə, bütün Avropa ölkələrinin, o cümlədən Almaniyanın da Ukraynanın yanında olduğu gerçəyini dəyişmir. Onsuzda bunu Ukrayna tərəfi bilir və bildiyim qədər də onların kifayət qədər sıcaq yeni kommunikasiyaları var. Hər halda Avropa bu gün o qənaətdədir ki, Rusiya Ukrayna savaşı Avropanı qoruyur, yəni onlar düşünürlər. yaxşı dayanarsa Rusiyanın hədəfi Almaniya ola bilər, Avropa ola bilər. Ona görə də onlar çalışırlar ki, Ukrayna əllərindən gələn hər köməyi göstərsinlər ki, Rusiya, Ukrayna, bataqlığından çıxmasın. Elə Rusiya saplanıb orda qalsın, onlar da bu müsəlmandan istifadə edərək silahlansınlar güclənsinlər. Hər halda bütün hallarda gələcəkdə böyük qarşıdurmaların olması ehtimalı var. Yeni dünya düzəninin, müharibələrdən doğacağı fikri var. Bu baxımdan da məncə hal hazırda Almaniyanın tutduğu bu mövqeyi Ukraynanı qane edir”.


Aysel Mirzəyeva