İranın hava sahəsi bağlanıb

Tarix: 19:30 02.07.2025
İyulun 3-ü günorta saat ikiyə kimi İran mərkəzi və qərb hissəsinin hava sahəsini beynəlxalaq uçuşlar üçün bağlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat verib.
Qeyd olunub ki, təhlükəsizlik məsələlərindən dolayı sözügedən ərazilərin hava sahəsi bağlı olacaq.