Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır

Bölmə: Dünya › ,
Tarix: 19:35 02.07.2025

Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamenti diqqəti Litva və Latviyanın Rusiyanın 5 illik xarici pasportlarını tanımamaq qərarına gəlməsinə yönəldib.

 

"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə departamentin Teleqram kanalında məlumat verilib.

 

"Danimarka, Fransa, Çexiya və Estoniyadan sonra Litva və Latviyanın hakimiyyət orqanları da Rusiyanın 5 illik qeyri-biometrik pasportlarını tanımamaq qərarına gəliblər", - departament qeyd edib.

 

Nazirlikdən bildirilib ki, iyunun 1-dən Rusiya vətəndaşlarının Litvaya girişi, çıxışı və qalması yalnız onillik biometrik pasportlar əsasında həyata keçirilir. Eyni zamanda, Litvada müvəqqəti və daimi yaşamaq üçün icazəsi olan ruslar bu ilin dekabrın 1-dək onillik biometrik pasport almalıdırlar.


Latviyada giriş, çıxış və qalma ilə bağlı oxşar məhdudiyyətlər iyulun 15-dən qüvvəyə minəcək.