AJet Cenevrəni uçuş şəbəkəsinə əlavə edir

Bölmə: Dünya › ,
Tarix: 19:48 02.07.2025

AJet, İsveçrənin Cenevrə şəhərinə uçuşların avqustun 1-də başlayacağını açıqlayıb.

AJet-dən verilən məlumata görə, İstanbul Sabiha Gökçen Hava Limanı ilə Cenevrə Cointrin Hava Limanı arasında avqustun 1-də başlayacaq birbaşa uçuşlar ay ərzində həftədə 4 gün (bazar ertəsi, cümə axşamı, cümə və bazar günləri) həyata keçiriləcək.

 

Bu çərçivədə 59 dollar/avrodan başlayan qiymətlərlə satışa çıxarılan sərfəli biletləri AJet mobil tətbiqi və internet saytından əldə etmək olar.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva