Nüvə sənayesini bombalamaqla məhv etmək mümkün deyil -İran

Bölmə: Dünya › ,
Tarix: 19:53 02.07.2025

İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami bildirib ki, İranda nüvə sənayesini bombalamaqla məhv etmək mümkün deyil.

İran dövlət televiziyasına açıqlama verən İslami gündəmin aktual məsələlərinə münasibət bildirib.

 

İslami deyib: 

“Nüvə sənayesi bombalamaqla məhv edilə biləcək bir şey deyil. Bu, yerli və milli bir sənayedir. Onun inkişafı isə qətiyyətli və fasiləsiz şəkildə davam edəcək”.

 

ABŞ-nin İranın nüvə obyektlərinə hücumunu şərh edən İslami əlavə edib:

“Baş verən əməliyyat Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ağır zərbədir. Bu da onu göstərir ki, dünyada sanki meşə qanunları hökm sürür. Əgər güclü deyilsənsə, mövcudluğunu davam etdirə bilməzsən”.

 

Qeyd edək ki, İran parlamentinin bir neçə gün əvvəl qəbul etdiyi “Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın dayandırılması haqqında qanun” bu gün Prezident Məsud Pezeşkianın imzası ilə qüvvəyə minib.

 

TRT XƏBƏR

Nuray Əliyeva