"Dostuq münasibətləri son dərəcə əhəmiyyətlidir"

Tarix: 19:56 02.07.2025
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı "İnformator.az"a açıqlamasında bildirib ki, Mariya Zaxaorvanın bu açıqlaması, əslində, baş verən hadisələrdən, proseslərdən diqqəti yayındırmaq məqsədi daşıyır:
"Artıq Rusiya rəsmiləri son günlərdə bu konteksdə açıqlamalar verməyə çalışırlar. Amma burada əsas səbəbi Rusiyanın Azərbaycana qarşı olan zorakılıqda görürük. Bundan öncə, AZAL-ın mülki təyyarəsinin vurulması ilə bu proses başlayıb. Bütün bunlardan əsas günahkar Rusiya dövlətidir. Rusiya rəsmiləri sübut etmək istəyirlər ki, münasibətləri pozmağa çalışan başqa qüvvələr var. O zaman rəsmilərin açıqlamalarının nəticələrinə əsasən belə qənatə qəlirik ki, bu qüvvələr Rusiyanın öz daxilindədir. Belə sual ortaya çıxır ki, əgər bu qüvvələr Qərb qüvvələridirsə, onlar Rusiyanın içindədirmi?Azərbaycanın konkret tələbləri var və bu böyük bir tələb deyil. Baş vermiş hadisələr və bunlara görə günahkarların cəzalandırılmasını istəyir. İlk tələb təbii ki, AZAL-ın vurulan təyyarəsi ilə bağlıdır. Bəllidir ki, bununla bağlı məsuliyyət daşıyan şəxslər var. Daha sonra isə son günlərdə baş verən hadisələrlə bağlı araşdırmalar aparılmasını istəyir. Rusiya tərəfi isə bunu etmək əvəzinə məsələləri fərqli istiqamətlərə yönəltməyə çalışır. Azərbaycan-Rusiya arasında münasibətlərin pozulması hər iki tərəf üçün heç də xeyirli görünmür. Münasibətlərin qorunub-saxlanmasının yeganə yolu Rusiyanın Azərbaycana qarşı imperativ yanaşmalarını dəyişməyidir. Rusiya Azərbaycanın suveren hüquqlarını nəzərə almalıdır, ölkəmizlə münasibətlərə xüsusi diqqət yetirməlidir. Bunun əksi baş verəsə, bu münasibətlərin qorunması daha da çətinləşir".
Billurə Quliyeva