“Qəzza xəstəxanaları bir neçə saata məzarlığa çevrilə bilər”

Tarix: 21:18 02.07.2025
Qəzzadakı Şifa Xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyye bölgədə ciddi yanacaq çatışmazlığı yaşandığını bildirib. Onun sözlərinə görə, elektrik enerjisi olmadan xəstəxanaların fəaliyyəti mümkün deyil:
“Generatorlar dayandığı anda əsl fəlakət başlayacaq. Xəstəxanalar insanların həyatını xilas edən mərkəzlər deyil, qəbiristanlıqlara çevriləcək”, – deyə Əbu Silmiyye xəbərdarlıq edib.
O, generatorların fasiləsiz işləməsi üçün gündəlik 1500-1700 litr yanacağa ehtiyac olduğunu, lakin hazırda bu ehtiyacın ödənilmədiyini deyib:
“Hazırda əldə etdiyimiz yanacağın miqdarı 1000 litri belə keçmir və bu da cəmi bir neçə saatlıq kifayət edir”, – deyə o bildirib.
Əbu Silmiyye əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə vəziyyəti müzakirə ediblər və təşkilat da bölgədəki xəstəxanaların dağılma təhlükəsi ilə üz-üzə olduğunu təsdiqləyib.
TRT XƏBƏR
Mahmudlu Ləman