Tramp: İsrail Qəzzada 60 günlük atəşkəsi qəbul edib

Bölmə: Dünya › ,
Tarix: 21:19 02.07.2025

 

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb. O, “Truth Social”da paylaşımında nümayəndələrinin İsrail rəsmiləri ilə “uzun və məhsuldar” görüş keçirdiyini bildirib.

“İsrail atəşkəs üçün lazımi şərtləri qəbul etdi. Bu müddətdə müharibəni bitirmək üçün çalışacağıq”, – deyə Tramp vurğulayıb.

Tramp, Qətər və Misirin HƏMAS-a son təklif verəcəyini bildirib və HƏMAS-ın bu fürsəti dəyərləndirməli olduğunu deyib:

“Əks halda vəziyyət daha da pisləşəcək”.

O, gələn həftə İsrail Baş naziri Netanyahunu Vaşinqtonda qəbul edəcəyini və Qəzza, İran məsələlərinin müzakirə olunacağını da əlavə edib.

TRT XƏBƏR
Mahmudlu Ləman