ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarına gəlib

Bölmə: Dünya › ,
Tarix: 21:20 02.07.2025

 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən aparılan araşdırma nəticəsində Ukraynaya əvvəlcədən planlaşdırılan bəzi hərbi sursatların göndərilməyəcəyi bildirilib.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli açıqlama verib. O qeyd edib ki, qərar ABŞ-nin milli maraqlarını ön planda tutmaq məqsədilə verilib.

“Pentaqon xarici hərbi yardımlarla bağlı ümumi qiymətləndirmə aparır və bu çərçivədə Ukraynaya bəzi sursatların daşınması dayandırılıb”, – deyə Kelli bildirib.

TRT XƏBƏR
Mahmudlu Ləman