İrandan Səudiyyə Ərəbistanına məktub: Məzmunu açıqlanıb!

Tarix: 21:28 02.07.2025
İranın xarici işlər naziri Abbas Araqçı, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhana məktub göndərib. Məktubda iki ölkə arasındakı münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi və gücləndirilməsi vurğulanıb.
İranın xarici işlər naziri Abbas Araqçı Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhana ünvanlanmış bir məktub qələmə alıb.
Məktubun məzmununun “münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi” olduğu açıqlanıb.
İranın dövlət televiziyasının məlumatına görə, İranın Ər-Riyaddakı səfiri Əlirza İnayəti məktubu Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim əl-Hüreyciyə təqdim edib.
Məktubun, münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi və gücləndirilməsi məsələlərini əhatə etdiyi bildirilib.
CNN TÜRK
Lalə Qurbanlı