Dubayda uçan taksi erası başlayır

Tarix: 21:29 02.07.2025
Dubay Yaxın Şərqin ilk elektrik təyyarəsini uğurla sınaqdan keçirib. ABŞ-də fəaliyyət göstərən şirkətlə birgə həyata keçirilən layihə şəhərə gediş-gəlişi 45 dəqiqədən 12 dəqiqəyə endirəcək. 2026-cı ildə xidmətə girəcək hava taksiləri Dubayın şəhər hava hərəkətliliyi strategiyasının bir hissəsi olaraq tıxacı azaltmağı hədəfləyir.
Dubay Yaxın Şərqin ilk elektrik təyyarəsinin sınaq uçuşuna ev sahibliyi etməklə aviasiya tarixində əhəmiyyətli bir addım atdı. Bu inkişaf şəhər hava taksi xidmətlərinin işə salınması istiqamətində böyük irəliləyişi təmsil edir.
Sınaq uçuşu Dubay Yollar və Nəqliyyat İdarəsi tərəfindən ABŞ-də yerləşən şirkətlə birgə təşkil olunub. 45 dəqiqəlik səyahəti hava taksisi ilə 12 dəqiqəyə endirmək olar. Bu təşəbbüs Dubayın şəhər hava nəqliyyatı şəbəkələrini inkişaf etdirmək üçün hərtərəfli strategiyasına uyğun olaraq həyata keçirilir.
Həm aviasiya dünyası, həm də Dubay üçün mühüm mərhələ olan hava taksiləri müxtəlif hava şəraitinə və Dubayın isti iqliminə tab gətirmək üçün nəzərdə tutulub.
Hava taksiləri 2026-cı ildə fəaliyyətə başlayacaq. Dubay administrasiyası bu taksilərlə şəhərdəki tıxacları aradan qaldırmağı hədəfləyir.
CNN Türk
Əminə Əliyeva