Fənərbaxçada seçki xaosu!

Bölmə: Dünya › ,
Tarix: 21:31 02.07.2025

 


Prezident Ali Koç və idarə heyətinin istefa verməsi və seçkili ümumi qurul üçün toplanan imzalar kluba çatdırılıb. Prosesi idarə edən Fənərbaxça Könüllüləri Dərnəyi Başçısı Emrah Tünay 9700 imza təslim etdiklərini, kluba göndərilən 250 imza da daxil olmaqla ümumi sayının 9950 olduğunu açıqlayıb.

“Fənərbaxça”da növbədənkənar ümumi qurultay üçün toplanan imzalar klubun yüksək şurasına çatdırılıb.

Klub binası qarşısında mətbuat mənsublarına açıqlama verən Fənərbaxça Könüllüləri Dərnəyi Başçısı Emrah Tünay 9700 imzanın təslim edildiyini bildirib.


Emrah Tünay bu açıqlamaları verib: Təxminən 2 ay əvvəl "Fənərbaxça"da hadisələrin pis gedişinə və klubumuzun pis idarəçiliyinə reaksiya olaraq, ən demokratik hüququ olan seçkili növbədənkənar ümumi qurultay üçün azarkeşlərimizdən və konqres üzvlərimizdən imza toplamağa başladıq. 9700 imza toplanıb. Bizi dəstəkləyən pərəstişkarlarımıza təşəkkürümüzü bildiririk. Fənərbaxça 2000 Dərnəyi Başçısı Şevket Yılmaz da kluba 9700 imza təslim etdiklərini bildirib.


Əsasnaməyə görə seçki üçün 9400 imzanın lazım olduğunu vurğulayan Yılmaz, daha əvvəl 250 imzanın kluba fərdi qaydada verildiyini və ümumilikdə 9950 imzanın əldə edildiyini bildirib.

Yılmaz bu barədə açıqlama verib: "Bildiyiniz kimi, Fənərbaxça İdman Klubu Dərnəyinin Nizamnaməsinin 20-ci maddəsinin (c) bəndinə əsasən, klub rəhbərliyi haqlarını vaxtında ödəmiş konqres üzvlərinin ən azı beşdə birinin yazılı müraciəti ilə "bir ay müddətində növbədənkənar ümumi yığıncaq çağırmaq" məcburiyyətindədir. üzvlərimiz tərəfindən nizamnamədə aydın şəkildə müəyyən edilən kvorum əldə edilib və əlavədə təqdim olunan imzalar bu əhatə məktubu ilə birlikdə ali şuramız vasitəsilə klubumuza təqdim olunur”.

A Haber
Əminə Əliyeva