Atəşkəs təklifi Həmasın gündəmindədir

Bölmə: Dünya › ,
Tarix: 20:09 02.07.2025

Hamasdan verilən açıqlamada, arabulucu ölkələrin İsraillə atəşkəs üçün yoğun səylər göstərdiyi bildirilib.


Arabulucuların tərəflər arasındakı uçurumu aradan qaldırmaq üçün çalışdığı qeyd edilərək, çərçivə razılaşması əldə etmək və ciddi müzakirə turunun başlanması istiqamətində işlərin davam etdiyi vurğulanıb.


Bu çərçivədə arabuluculardan gələn təkliflərin dəyərləndirildiyi bildirilib, Hamas yüksək məsuliyyət hissi ilə hərəkət etdiyini və milli məsləhətləşmələr apardığını qeyd edib.


Açıqlamada məqsədin "işğalçı qüvvələrin" (İsrailin) geri çəkilməsini və Qəzza zolağındakı Fələstin xalqına təcili humanitar yardımın çatdırılmasını təmin edəcək bir razılaşmaya nail olmaq olduğu bildirilib.


Tramp, İsrailin Qəzzədə müvəqqəti atəşkəs şərtlərini qəbul etdiyini açıqlanıb.


ABŞ Prezidenti Donald Tramp, İsrailin Qəzza zolağında 60 günlük atəşkəs üçün tələb olunan şərtləri qəbul etdiyini bildirib.


ABŞ nümayəndələrinin İsrail rəsmiləri ilə "uzun və məhsuldar" görüş keçirdiyini qeyd edən Tramp, "İsrail, 60 günlük atəşkəs üçün zəruri şərtləri qəbul edib. Bu müddət ərzində müharibənin sona çatdırılması üçün bütün tərəflərlə birgə çalışacağıq." deyib.


Tramp, atəşkəs danışıqlarına vasitəçilik edən Qətər və Misirin Hamas-a "son təklif"ini təqdim edəcəyini bildirib.


TRT Haber
Xəlilli Nigar