Azərbaycanda "Zaman" qəzeti və saytı bağlandı

Bölmə: MEDİA › ,
Tarix: 14:29 20.07.2016

Azərbaycanda fəaliyyət göstərən "Zaman Azərbaycan" qəzeti və qəzetin rəsmi saytı olan Zaman.az bu gün səhər saatlarından etibarən faəliyyətini dayandırıb.

Qeyd edək ki, bu qəzet Türkiyənin "Zaman"qəzetinin Azərbaycan versiyası idi və Fətullah Gülənin rəsmi mətbuat orqanlarından hesab olunurdu. Bir müddət öncə Türkiyədə dövlət adıçəkilən qəzetə əl qoyulmuşdu və sahibləri dəyişdirilmişdi.