Cənubi Koreya parlamenti hərbi vəziyyət qaydalarında dəyişiklik edib

Bölmə: Dünya › ,
Tarix: 18:21 03.07.2025

Cənubi Koreya Parlamenti, hərbi vəziyyət elan edildikdə ordu və polisin Milli Məclisə girişini qadağan edən qanun qəbul edib.

 

Bu dəyişiklik, keçmiş prezident Yun Suk Yolun 3 dekabr 2024-cü ildə elan etdiyi hərbi vəziyyətdən sonra baş verən hadisələrlə əlaqədardır. O zaman əsgərlər Milli Məclisə daxil olub, lakin bu qərar ləğv edilib. Daha sonra Yun impiçment olunmuş və 4 aprel 2025-də Konstitusiya Məhkəməsi onu vəzifədən azad edib. 3 iyun seçkilərində müxalifətin namizədi Li Cae-myung prezident seçilərək 4 iyunda vəzifəyə başlamışdı. 5 iyunda Yun və həyat yoldaşı Kimlə bağlı xüsusi istintaq başladılmış, Yun 28 iyunda ifadə verib.

 

Anadolu Agentliyi

Billurə Quliyeva