CENTCOM rəhbəri İsrailə gəlib

Tarix: 19:25 03.07.2025
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla İsrailə səfər edib.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, o, İsrailin Baş Qərargah rəisi Eyal Zamirlə bir araya gəlib.
Görüş zamanı İrana qarşı hərbi əməliyyat müzakirə edilib, həmçinin M.Kurilla Hərbi Hava Qüvvələrinin yeraltı komanda mərkəzini ziyarət edib.