Prezident Ərdoğan Azərbaycana səfər edəcək

Tarix: 20:52 03.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü, 4 iyul tarixində Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz sosial media hesabında paylaşıb.
Səfər çərçivəsində dövlət başçısı Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak edəcək.
Tədbirin mövzusu – “İƏT-in etibarlı və iqlimə davamlı gələcəyi üçün yeni baxış” adlanır.
Sammit zamanı iştirakçılar iqlim dəyişiklikləri, ticarət əlaqələri, nəqliyyat-kommunikasiya xətləri və təşkilat daxilində islahatlar məsələlərini müzakirə edəcəklər. Eyni zamanda, üzv dövlətlər arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılacaq.
Türkiyə Prezidenti sammitdə çıxış edəcək və bir sıra ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
Altun qeyd edib ki, sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyəti və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.
Anadolu Agency
Ayan Əsgərova