Həmas Trampın “son” atəşkəs təklifini araşdırır

Tarix: 20:52 03.07.2025
Həmas bildirib ki, ABŞ prezidenti Donald Trampın Qəzzada 60 günlük atəşkəs təklifi nəzərdən keçirilir və İsrail bunu qəbul edib.Tramp Həması Qətər və Misir rəsmilərinin "son təklifini" qəbul etməyə çağırıb.
Həmas Misir və Qətərdən gələn atəşkəs təklifini araşdırdıqlarını, ABŞ prezidenti Trampın Qəzza üçün "son təklif" kimi qiymətləndirdiyini, lakin İsrailin bölgədən çəkilməli olduğunu söyləyib.
Həmas açıqlamasında bildirib ki, məqsədi müharibəni bitirəcək, İsrailin Qəzzadan çıxmasına imkan verəcək və Qəzza zolağına təcili yardım göstərəcək razılaşma əldə etməkdir.
Biz bütün girovlarımızı azad edəcəyik və Həması aradan qaldıracağıq. Həmas olmayacaq. "Həmastan" olmayacaq. Biz buna qayıtmayacağıq. Bitdi", - o deyib.
Xarici İşlər Naziri Gideon Saar da İsrailin girov müqaviləsi və atəşkəslə bağlı "ciddi" olduğunu deyib:
"Bəzi müsbət əlamətlər var. Hazırda bundan artıq danışmaq istəmirəm".
BBC NEWS
Səmayə Səftərova