Avropa İttifaqından ABŞ-yə mesaj

Tarix: 20:52 03.07.2025
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, ABŞ ilə tariflər məsələsində razılaşma əldə etməyə hazır olduqlarını bildirib.
Fon der Leyen Danimarkada ölkənin Aİ sədrliyini təhvil alması münasibətilə təşkil olunan proqram çərçivəsində mətbuata açıqlama verib.
Aİ ilə ABŞ arasında tariflər məsələsində danışıqların davam etdiyini xatırladan fon der Leyen, bu gün Aİ Komissiyasının ticarətdən məsul üzvü Maroş Şefçoviçin Vaşinqtonda görüşlər keçirdiyini qeyd edib.
Fon der Leyen bildirib: “Bir razılaşmaya hazır olduğumuzu vurğulamaq istəyirəm. Biz danışıqlar yolu ilə həll istəyirik. Eyni zamanda, qənaətbəxş razılaşmanın əldə olunmaması ehtimalına da hazırıq”.
Aİ ölkələrinin ABŞ-yə qarşı bir balanslaşdırıcı tədbirlər siyahısı üzərində də məsləhətləşmələr apardığını bildirən fon der Leyen əlavə edib: “Avropanın maraqlarını qoruyacağıq. Bunun üçün bütün zəruri vasitələr masadadır”.
TRT XƏBƏR
Nuray Əliyeva