Rusiya Hərbi Dəniz Donanmasının baş komandanının müavini həlak olub

Bölmə: Dünya › ,
Tarix: 20:53 03.07.2025

Rusiyanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanının müavini, vitse-admiral Mixail Qudkov Kursk vilayətində həlak olub.

 

Bu barədə Primorye vilayətinin qubernatoru Oleq Kojemyako özünün Telegram kanalında məlumat yayıb.

 

O, bildirib ki, Qudkov “öz silahdaşları ilə birlikdə zabit borcunu yerinə yetirərkən” həyatını itirib.

 

Qeyd edək ki, Mixail Qudkov bu ilin mart ayında Rusiya Hərbi Dəniz Qüvvələri baş komandanının müavini vəzifəsinə təyin olunub.

 

Anadolu Agency

Ayan Əsgərova