İndoneziyada bərə batıb

Tarix: 20:54 03.07.2025
İndoneziyanın Bali adası sahillərində 12 nəfərlik heyət də daxil olmaqla 65 nəfəri daşıyan bərənin batması nəticəsində 4 nəfərin həyatını itirdiyi, 29 nəfərin xilas edildiyi, 32 nəfərin axtarış-xilasetmə işlərinin isə davam etdiyi açıqlanıb.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi hadisə ilə bağlı məlumat yayıb.
Açıqlamada bildirilir ki, bərənin batması nəticəsində 4 nəfər həyatını itirib, 29 nəfər xilas olunub, 32 nəfərin axtarışları isə davam edir.
Surabaya şəhərinin Axtarış və Xilasetmə Agentliyinin yüksək rütbəli rəsmisi Nanang Siqit açıqlamasında bildirib:
“Əvvəlcə bərə ilə radio vasitəsilə əlaqə qurmaq mümkün olmayıb. Eyni şirkətə məxsus digər bərə vasitəsilə əlaqə saxlanılıb. Amma bu zaman bərə artıq batmağa başlayıb”.
TRT XƏBƏR
Nuray Əliyeva