Demokrat lider Trampın büdcə qanun layihəsinə səsverməni ləngidir

Tarix: 20:55 03.07.2025
ABŞ Nümayəndələr Palatasında keçmiş prezident Donald Trampın təşəbbüsü ilə hazırlanan nəhəng büdcə qanun layihəsinin səsverməsi gecikdirilib. Gecikməyə səbəb Demokrat Partiyasının lideri Hakeem Jeffries-in marafon çıxışı olub.
Jeffries səsverməni təxirə salmaq məqsədilə 7 saatdan artıq danışaraq Konqresin "sehrli dəqiqə" adlanan qaydasından istifadə edib. Bu qaydaya əsasən, azlıq liderinə danışmaq üçün vaxt məhdudiyyəti qoyulmur.
Qanun layihəsi Trampın siyasi gündəliyində xüsusi yer tutur və milli borc, səhiyyə xərcləri kimi məsələlər ətrafında ciddi müzakirələrə səbəb olub. Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson bildirib ki, qanun layihəsinin qəbul olunması üçün kifayət qədər səs var və səsvermə Jeffries-in çıxışı başa çatdıqdan sonra keçiriləcək.
Donald Tramp isə qanun layihəsini "böyük gözəl qanun layihəsi" adlandıraraq, onun cümə günü qəbul olunmasını istədiyini bildirib. Lakin müxalif demokratlar layihənin iqtisadi və sosial təsirlərinə dair narahatlıqlarını dilə gətiriblər.
Mənbə: BBC
Türkan Kərimli