ABŞ-nin İran təyyarəsini vurmasından 37 il ötür

Bölmə: Dünya › ,
Tarix: 20:59 03.07.2025

ABŞ-nin 1988-ci ildə İrana məxsus sərnişin təyyarəsini vurması nəticəsində əksəriyyəti iranlı olmaqla 290 nəfərin həyatını itirdiyi faciənin üzərindən 37 il keçir. Hadisə, İran-ABŞ münasibətlərində etimadsızlıq və düşmənçilik toxumlarının qalıcı şəkildə səpildiyi dönüş nöqtələrindən biri kimi yaddaşlarda qalıb.

 

ABŞ-nin 3 iyul 1988-ci il tarixində İran Hava Yollarına məxsus IR655 saylı sərnişin təyyarəsini səhvən vurmasının üzərindən artıq 37 il ötür.

 

Vaşinqton rəhbərliyi, aralarında 66 uşaq və 56 qadının da olduğu ümumilikdə 290 nəfərin həlak olduğu bu hadisəyə görə hələ də rəsmi üzr istəməyib.

 

Faciə qurbanlarının ailə üzvləri və yaxınları hər il hadisənin ildönümündə Hürmüz boğazına gedərək, təyyarənin düşdüyü sularda sevdiklərini anır. Ölkə daxilində müxtəlif anım mərasimləri keçirilir.

 

Haber Global 

Nuray Əliyeva