Tramp və Putin görüşüb: “Müharibənin səbəblərini aradan qaldıracağıq”

Tarix: 21:01 03.07.2025
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında bir saatdan çox davam edən görüş başa çatıb. Görüş zamanı tərəflər Ukrayna, İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Kreml tərəfindən yayılan açıqlamaya görə, Vladimir Putin Rusiyanın müharibənin əsas səbəblərini aradan qaldırmaq niyyətində olduğunu bildirib. O həmçinin qeyd edib ki, Moskva sülh danışıqlarını davam etdirməyə hazırdır.
Rusiya vitse-prezidenti də bəyan edib ki, Putin Trampa Ukrayna ilə sülh danışıqlarının bərpasına dair iradəsini ifadə edib. Tərəflər arasında keçirilən telefon danışığında isə Suriyadakı vəziyyət də diqqət mərkəzində olub.
Prezident Tramp isə Putinlə telefon danışığında Ukraynada davam edən müharibənin tez bir zamanda dayandırılmasına çağırıb. Liderlər bu məsələdə Vaşinqton və Moskva arasında dialoqun davam etdiriləcəyini bildiriblər.
Mənbə: Haber Global
Türkan Kərimli