BMT İranın MAQATE ilə əməkdaşlığı dayandırmasından narahatdır

Tarix: 21:47 03.07.2025
“İran hakimiyyətinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmaq qərarı narahatlıq doğurur”- BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.
Mövzu ilə bağlı “İnformator.az” a politoloq Əhəd Məmmədli bildirir ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) çıxdığını elan edib:
“Bu, əlbəttə ki, radikal addım kimi qiymətləndiriləcək, İranın nüvə silahına malik olması kimi göstəriləcək və İrana qarşı təzyiqlənən hücumların artmasına gətirib çıxara bilər. Növbəti ekskalasiyaya gətirib çıxara bilər. Amma bu da daxili auditoriyaya, həm də oynanmış addımlığı İranın qərarı və sona qədər gedəcəyini göstərir. Lakin burda həm də İran MAQATE ilə münasibətləri kəsib, Amerika ilə münasibətləri qurub və Amerika ilə sırf əməkdaşlığını davam etdirə biləcəyini göstərir. Çünki İranın hazırda əsas məsələsi Amerikanın münasibətlərinin bərpası deyil, MAQATE o qədər də böyük əhəmiyyətli rolu yoxdur. İranın nüvə silahına malik olması və yaxud malik olmamasında əsas deyik. Burda əsas məsələ Amerika- İran münasibətləri, İran-İsrail münasibətləridir. Ona görə Amerikadan da hələlik İrana daha çox Trampın müharibədən sonra çox barışdırıcı, yumşaq təklifləri gəlir, nəinki müharibəyə qədər ki dövrlərdə. Müharibənin dərinləşməsini hələ ki bunu görmürük. Amma dərinləşə bilər. Düzdür, mən dərinləşməsini gözləmirəm, amma yenə də növbəti zərbələr İran almamaq üçün əsas vacib məsələsi, Amerika ilə münasibətlərin yaxşılaşdırılması, hansısa danışıqların baş verməsi və qərara gəlinməsidir. Yoxsa MAQATE münasibətləri ikincidərəcəli məsələlərdir”.
Aysel Mirzəyeva