Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Bölmə: Siyasət › ,
Tarix: 21:49 03.07.2025

Moskva və Bakı Rusiya İstintaq Komitəsinin rəhbəri Bastrıkin və Azərbaycanın baş prokuroru səviyyəsində problemli məsələləri müzakirə edirlər.

 

Mövzu ilə bağlı “İnformator.az” a politoloq Həşim Səhrablı bildirir ki, istənilən halda, hətta müharibə eləyən dövlətlər arasında belə bir zaman zaman görünür ki, danışıqlar masası arxasında da mübarizə gedir:

 

“Yəni diplomatiya hər nə qədər anlaşma problemlərin həllini tapmaq metodu olsa da, bu eyni zamanda həm də dövlətlərin birinin digərinə qarşı üstünlük nümayiş etdirməsi və ya birinin digəri üzərində öz maraqlarını təmin etməsi məqsədilə həyata keçirilən bir proses kimi başa düşülə bilər. Bu gün Azərbaycan və Rusiya arasında yaşanan gərginlik isə hələ ki, sonluq deyil və ya geri dönüşü olmayan bir mərhələdə də deyil, münasibətlər tamamilə pozulmayıb və yaxud da ki, iki dövlət müxtəlif sahələrdəki əməkdaşlıqları dayandırmayıblar münasibətlər hələ də aktiv fazada davam edir. Sadəcə, ortada bir problem var və bu problemin həllinin tapılmasına çalışırıq. Xüsusən də Azərbaycan tərəfi istəyir ki, onun vətəndaşlarına qarşı etnik azərbaycanlılara qarşı olunan bu haqsızlıq və özbaşına rəftarın məntiqli cavabı verilsin. Rusiya günahkarları cəzalandırsın və zərərçəkmişlər də lazımi hüquqi yardımları alsınlar. Əgər Rusiya tərəfi ilk başda etdiyi kimi radikal və sadəcə öz maraqlarından çıxış edən mövqedə dayanacaqsa bu diplomatik manevrlərin sonunda biz Azərbaycan Rusiya münasibətlərinin zərər görməsini görəcəyik. Çünki Azərbaycanın bu yaranan problemi həll etmək üçün sadəcə bir yolu var, o da haqsızlığın qarşısına keçmir. Çünki Azərbaycan tərəfi bu prosesi başladan tərəf deyil və ya Azərbaycan tərəfi haqsız yerə hansısa etnik rusları evindən çıxarıb döyərək öldürməyib. Azərbaycanda saxlanılan adını jurnalist qoyanlar əslində hansı məqsədlərə xidmət etdiyi bəlli olmayan və rəsmi qərara baxmayaraq, hələ də fəaliyyəti qadağan edilən bir media qurumunun fəaliyyətini davam etdirməklə məşğul idilər. Bu da Azərbaycan qanunlarına qarşı hörmətsizlik idi. Digər ruslar isə narkoticarətlə məşğul idilər. Bu isə tək Azərbaycan qanunları üçün deyil, bütün dünya üçün qəbuledilməz bir haldır. Yəni belə olan halda Azərbaycanın etdiyi bir yanlış hərəkət yoxdur ki, prosesin gələcəyini dəyişmək, yaxşılaşdırmaq üçün çıxsın, o addımdan geri atsın, Azərbaycanın geri atacaq bir addımı da yoxdur. Öz hüquqlarından, vətəndaşlarının və soydaşlarının haqlarından necə imtina edə bilər? Burada hər şeyi yenə də Rusiyanın məsuliyyəti üzərinə düşür”.

 

Həmçinin şərhçi qeyd edib ki, hazırda hər şey Rusiyadan asılıdır:

 

“Əgər bu irqçi yanaşmaya son verəcəklərsə və Azərbaycanın tələb etdiyi beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərin ruhuna uyğun addımlar atacaqlarsa, o halda, bu diplomatiyanın sonunda bu krizin də üstəsindən gəlinəcək və hər şey normal axarına qayıda bilər. Yox, əgər Rusiya bunu etməyəcəksə, yenə prosesin başlamasında qarşısına qoyduğu məqsədin dalınca qaçacaqsa, o halda münasibətlərin korlanması reallığı ilə üz üzə qalacayıq. Rusiyanın bu prosesi başlatmaqda məqsədi Azərbaycanın artan nüfuzunu, eyni zamanda Moskvanın diktəsindən kənar atdığı xarici həm siyasi, həm də iqtisadi addımların qarşısını almağa və Cənubi Qafqazı yenə də öz təhsil dairəsinə salmağa saxlamağa çalışırdı. Amma Azərbaycan tərəfi haqlı olaraq öz müstəqil mövqeyindən çıxış edir, heç kimin diktəsi ilə hərəkət etmir və maraqlarından çıxış edir. Rusiyada indi Qarabağ probleminin həllindən sonra Ermənistanda şovinist işçilərin devrilməsindən və Paşinyan iqtidarının bərqərar olunmasından sonra heç bir təzyiq vasitəsi qalmadığı üçün Cənubi Qafqaza, xüsusən də Azərbaycana qarşı indi öz daxilində yaşayan azərbaycanlıları bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Azərbaycanın bundan sonra qorxacağını, geri çəkiləcəyini və ya öz maraqlarından imtina edəcəyini planlayırdılar. Amma bu baş vermədi və nəticə etibarilə də bu gün gördüyümüz şahid olduğumuz haqsızlıqlar baş verib”.

 

Son olaraq politoloq Rusiyanın bu danışıqları təşkil etməkdə əsas məqsədlərindən danışıb:

 

“Rusiya gördü ki, Azərbaycan onun diktə etdiyi şərtlərə boyun əymədi və öz maraqlarının ardından getdi. Haqlı olaraq da etnik azərbaycanlılara qarşı həyata keçirdiyi radikal addımlara qarşı səsini çıxardı, dünyaya səs saldı və Rusiyadan hüquqi zəmində edilməsi lazım olanları tələb etdi. İndi Rusiya tərəfi anlayır ki, anlaşmazlıq üçün, xüsusən də onların etdikləri haqsızlıqlar fonunda müharibə vəziyyəti yaratmağın adı yoxdur. İkili münasibətləri kəsib atmağın adı yoxdu. İndi çalışırlar ki, bu məsələni öz maraqları çərçivəsində həll etsinlər. Qeyd etdiyimiz kimi, burada həllinin sadəcə bir yolu var. Onun daxilində onun güc strukturlarının bir terroristə yaraşan şəkildə hərəkət etdiyini etiraf etməlidir. Buna görə həm üzr istəməlidir, həm zərərçəkmişlərə, onların ailələrinə əhəmiyyətli məbləğdə kompensasiyasını ödəməlidir. Həm də ki, o faciəni törədən, terroru törədən şəxslər layiqincə cəzalandırılmalıdır”.


Aysel Mirzəyeva