Türkiyədə daha 47 jurnalist saxlanılıb

Bölmə: MEDİA › ,
Tarix: 09:52 27.07.2016

Türkiyədə “Zaman” qəzetinin keçmiş rəhbərlərinə və işçilərinə qarşı əməliyyat keçirilib.

İnformator.az “Haber7”ə istinadən xəbər verir ki, terrorla mübarizə şöbəsi tərəfindən aparılan istintaqda 47 şübhəli haqqında saxlanılma və həbs qərarı verilib.

Terror polisi bu gün səhər saatlarından etibarən müəyyən edilən ünvanlarda axtarış aparıb. Qəzetin rəhbərləri haqqında dövlətdən əsassız media elan pulu almaq ittihamıı da var.

Zaman qəzetinin rəhbərliyinə mart ayında Fətullahçı terror təşkilatının yayım orqanı olması səbəbi ilə qəyyum təyin edilmişdi.