Azərbaycanda Türkiyə bazası?

Bölmə: Dünya › ,
Tarix: 12:07 04.07.2025

Son zamanlarda Azərbaycanda Türkiyə hərbi bazasının açılması ilə bağlı məsələlər müzakirə olunur. Ancaq Konstitusiyamızda belə bir maddə var ki, ölkəmizdə heç bir ölkənin hərbi bazası yerləşə bilməz. Ona görə də belə bir məsələ hazırda müzakirə predmeti deyil.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Fərhad Məmmədov deyib.


“Əlbəttə, bəzi fikirlər irəli sürülə bilər. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə dövlətlərinin Silahlı Qüvvələri arasında çox sıx əməkdaşlıq var. Hətta idarəetmə sistemləri də eyniləşdirilib. İlimizin böyük hissəsi də iki ölkənin birgə təlimlərindən ibarətdir".