Xaçmaz ziyalıları qloballaşmanın milli-mənəvi dəyərlərə təsirini müzakirə edib-Fotolent

Bölmə: Sosial › ,
Tarix: 15:49 05.08.2016

Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

İnformator.az xəbər verir ki, bu fikirlər Xaçmazda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən keçirilən “Qloballaşmanın milli-mənəvi dəyərlərə təsiri” mövzusunda keçirilən seminarda səsləndirilib.

Bildirilib ki, xalqımızın milli, tarixi-ənənələri bayramları və mərasimləri kütləvi tədbirlər içərisində xüsusi yer tutur. Bu bayramlarda qədim mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı milli adət və ənənələr, bədii sərvətlər, tarixi hadisələr əks olunur.

Seminar iştirakçıları xüsusi olaraq vurğulayıb ki, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq.

Tədbirdə Xaçmaz rayonun təhsil işçiləri, ekspertlər və ictimaiyyət nümayəndələri iştirak edib.