Məktəblərarası futbol turniri başa çatıb

Tarix: 15:01 30.11.2016
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Abdullayev İsmayıl Müslüm oğlunun “Məktəblər arası futbol turniri” layihəsi başa çatıb.
İnformator.az xəbər verir ki, layihədə Bakı şəhərinin 6 (altı ) məktəbi iştirak edib.
İştirak edən məktəblər Yasamal rayonu 175 nömrəli tam orta məktəb, 176 nömrəli tam orta məktəb, 53 nömrəli tam orta məktəb, 31 nömrəli tam orta məktəb, 225 nömrəli tam orta məktəb və Səbail rayonu 2 saylı humanitar liseyi olub. Ümumilikdə 5 oyun keçirilib.
3 seçim turu bitdikdən sonra birinci və ikinci yeri müəyyənləşdirmək üçün daha iki oyun, yəni yarımfinal və final oyunları keçirilib.
Layihənin əsas məqsədi gənclər arasında idmana həvəs oyatmaq, boş vaxtdan səmərəli istifadə etmək üçün onlara şərait yaratmaqdır.
Sonda final oyununda birinci və ikinci yerin qalibləri mükafatlandırılıb. Məktəblərarası futbol turnirinin qalibi Yasamal rayonu 31 nömrəli tam orta məktəb, ikinci yerin sahibi isə Yasamal rayonu 176 nömrəli tam orta məktəb olub.