Deko DÇ-2026-nın favoritini açıqlayıb

Tarix: 08:19 07.07.2025
“Barselona”nın idman direktoru Deko DÇ-2026-nın favoritləri haqqında fikirlərini bölüşüb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, klub rəsmisi İspaniya yığmasını daha güclü hesab edir.
Deko bildirib: “İspaniya hazırda ən mütəşəkkil komandadır. Komanda mundialın qalibi olmaq üçün əsas namizədlər sırasındadır. Çox yaxşı məşqçisi olan Argentinanı da nəzərə almaq lazımdır.