İslam əməkdaşlıq təşkilatı və konfransları

Bölmə: İdman › ,
Tarix: 11:05 30.04.2017

Məmmədova Nərmin

Bildiyimiz kimi, bu il baş tutacaq IV İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsinin ölkəmiz üçün böyük bir əhəmiyyəti var. Minlərlə turistin bu oyunlar münasibətilə ölkəmizə üz tutması həm iqtisadiyyatımıza dəstəkdir, həm də ölkəmizin tanınmasında böyük bir addımdır. Bu oyunlara qatılmaqla ölkəmiz Avropada baş verən proseslərdən, mədəni inkişafdan heç də geri qalmadığını bir daha sübut edir. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı da bir sıra islam və qeyri-islam dövlətlərində fəaliyyət göstərib, dünya müsəlmanları arasında sülh və əməkdaşlığı təmin edir. Bu təşkilat çərçivəsində keçirilən konfranslarda və onların aldığı qərarlarda ümümmüsəlman mənafeyinə uyğun qərarlar alınır.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT (2011-ci ilə qədər — İslam Konfransı Təşkilatı (İKT)); ing. Organisation of Islamic Cooperation (OIC) 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.
İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən BMT yanında müşahidəçi statusu almışdır. Baş Məclisin 36-cı sessiyasında "BMT ilə İƏT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul edilmişdir. Qətnamədə tərəflərin fəaliyyətini əlaqələndirmək üçün xüsusi mexanizm yaratmaq zərurəti qeyd edilir.
1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İƏT-nin ali orqanı dövlət və hökumət başçılarının konfransıdır: (1969-cu ildə Rabatda, 1974-cü ildə Lahorda, 1981-ci ildə Məkkədə və Taifdə, 1984-cü ildə Kasablankada keçirilmişdir). İƏT-nin siyasi orqanı xarici işlər nazirləri konfransı (1970-1981-ci illərdə 12 növbətçi və 3 fövqəladə konfrans keçirilmişdir), icraçı orqanı isə Baş katiblikdir. Baş katibliyin iqamətgahı Qüds İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir.
Baş katibliyin tərkibində bir sıra şöbələr, o cümlədən sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr işləyir.
İƏT yanında onun konfranslarının qərarları ilə yaradılmış tam bir sıra müstəqil təşkilatlar fəaliyyət göstərir. Onların fəaliyyətini baş katiblik əlaqələndirir.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 2011-ci il iyunun 28-30-da Astanada keçirdiyi iclasda təşkilatın adının, embleminin və bayrağının dəyişməsi məsələsi müzakirə edilmişdir.
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq islam oyunları. 2017 İslam Həmrəyliyi Oyunlarının 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulub. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
2014-cü ildə 24 iyul tarixində Səudiyyə Ərəbistanı Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyası baş tutdu. Assambleyada Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva və İslam Həmrəyliyi Oyunlarının işçi qrupunun üzvü Mehman Kərimov Bakı şəhərinin təqdimatı ilə çıxış etdi. Assambleya çərçivəsində "Bakı 2017" namizədlik kitabının təqdimatı olub. Daha sonra assambleyda səs vermə baş tutdu və tam yekdilliklə Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etmək hüququ qazandı
2015-ci ildə 7 aprel tarixində IV İslam Həmrəyliyi Oyunları barəsində müqavilə imzalandı. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud imzaladığı müqaviləyə əsasən IV-cü İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o cümlədən Azərbaycanının milli idman növü olan zorxana əlavə olundu.
2015-ci ildə 2 noyabr tarixində Azərbaycanın Bakı şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası baş tutdu. Nihat Ustanın sədrliyi ilə keçirilən Əlaqələndirmə Komissiyasının iclasında Azərbaycan adından Azad Rəhimov, Çingiz Hüseynzadə Könül Nurullayeva və digər nümayəndələr qatıldı.
2016-cı ildə 13 may tarixində Bakı 2017 İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitəsiləri üçün Açıq Gün baş tutdu. IV-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitəsinin üzvlərini qəbul etdi.