BDU-da “Füyuzat” jurnalının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 13:59 27.04.2017

Bakı Dövlət Universitetində Jurnalistika və Filologiya fakültələrinin birgə təşkialtçılığı ilə “Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş “Vətənin vətəndaşı, bir işıq da sən yandır” esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Informator.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov “Füyuzat” jurnalının Azərbaycanın ictimai fikir tarixində önəmli roluna diqqət çəkib, böyük Azərbaycanın mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906-1907-ci illərdə nəşr olunan “Füyuzat” jurnalı haqqında məlumat verib, Azərbaycanda milli mətbuatın formalaşmasındakı rolundan bəhs edib.
Jurnalın fəaliyyətinin Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən 2007-ci ildə bərpa edildiyini, tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu altında “Füyuzat”ın davamı kimi 33-cü nömrədən çap olunduğunu bildirən rektor müasir “Füyuzat”ın milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzularda yazıları ilə çağdaş mətbuatımızda rolunu yüksək qiymətləndirib.
“Füyuzat” jurnalının təsisçisi olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı və digər qonaqlar müsabiqənin keçiriliməsinin əhəmiyyətindən bəhs edib, gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasındaki rolundan danışıblar.
Qeyd edək ki, müsabiqəyə Jurnalistika və Filologiya fakültələrindən 26 tələbə qatılıb. Münsiflər heyətinin müxtəlif meyarlar üzrə verdiyi ballar əsasında müəyyən olunan qaliblər “Füyuzat” jurnalı tərəfindən fəxri diplomlarla, mükafatlarla təltif olunublar.
Sonda tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.



102 dəfə oxunub
Bölmədən digər xəbərlər
BDU-da “Füyuzat” jurnalının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
“Vətənin vətəndaşı, bir işıq da sən yandır” esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi
Jurnalist kriteriyaları
Jurnalistikanı digər peşələrdən fərqləndirən xüsusiyyətlər
AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olub
Müqaviləni AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.